Mayın 8-də görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Dövlət mükafatı laureatı, professor Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olur.

Axşam.az Kulis.az-a istinadən xəbər verir ki, yubiley tədbirinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2019-cu il tarixli Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər planı hazırlanıb.

Tədbirlər planına əsasən, mayın 7-si saat 17-də Milli İncəsənət Muzeyində Soltan Hacıbəyovun kamera əsərlərindən ibarət konsert keçiriləcək, mayın 8-i saat 12-də Birinci Fəxri Xiyabanda bəstəkarın doğum günündə musiqi ictimaiyyətinin iştirakı ilə məzarı ziyarət olunacaq.



loading...


                 

Digər