Müharibədən bəhs edən “Dan yeli” adlı filmin treyleri yayımlanıb.

Axşam.az xəbər verir ki, “Azərbaycan Film”in ərsəyə gətirdiyi ekran işininin rejissoru Kamal Yaşardır.

Cəbhəyanı ərazidə yaşayan bir ailədə ata və oğulun hekayəsini ələ alan film müharibənin insanların həyatında, yaşamında, psixologiyasında buraxdığı dərin izlərdən bəhs edir.

Filmdə Əməkdar artist Rasim Cəfər, aktrisa Kəbirə Həşimli və başqaları rol alıb.

Qeyd edək ki, filmin prodüseri Müşfiq Hətəmovdur.



                 

Digər