“Təklif. Elçilik” yenidən səhnədə

“Təklif. Elçilik” yenidən səhnədə
3208 dəfə oxunub
  • A-
  • A
  • A+

“YUĞ” Dövlət Teatrının yaradıcı kollektivi “Təklif. Elçilik” tamaşasını teatrsevərlər üçün növbəti dəfə təqdim edib.

Teatrdan Axşam.az-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış ediblər. Səhnə əsəri A. Şaiq adına Dövlət Kukla Teatrının binasında göstərilib. Aktyorların məharətli çıxışı tamaşanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

Qeyd edək ki, sənət ocağının yaradıcı kollektivi Mədəniyyət Nazirliyinin dəstəyi ilə bir neçə beynəlxalq festivalda “Təklif. Elçilik” tamaşası ilə ölkəmizi təmsil edib.