Müğənni Aygün Şükürova həmkarı Xatunun “Atv maqazin onlarla” proqramında Elnarə Xəlilovaya qarşı işlətdiyi “Ona efirə çıxmağa qadağa qoyardım. Otursun evində uşaqlarına baxsın” sözlərinə cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi Elnarəni müdafiə edərək, Xatuna söz atıb:

“Təkcə oxumaqla iş bitmir, universal gəlin olmaq çətindir. Qəşəng söz deyib də yazıq. Yemək də bişirirəm, uşaqlara da baxıram, bazarlığımı da edirəm. Universal gəlinəm, gözəlim. Uşaq körpə olanda insan gərək özünü onlara həsr etsin, indi böyüyüblər, sənətimlə məşğulam”.

Qeyd edək ki, Xatunun sözlərinə görə Elnarə ilə də arasında qalmaqal yaşanmışdı.



loading...


                 

Digər