Nigar da DNT analizi verdi

Nigar da DNT analizi verdi
2657 dəfə oxunub
  • A-
  • A
  • A+
"Eurovision 2011" qalibi Nigar Camal yarışma tərəfindən aparılan DNT analizinə müraciət edib.

Axşam.az-ın məlumatına görə, müğənni artıq ötən gün testi yoxlamaq üçün göndərdiyini bildirib.

"Eldara artıq cavab gəldi. İndi mən də baxım genetika bizi haralara aparır. Ulu babalarım, nənələrim hansı hoqqadan çıxıb, 4 həftə sonra biləcəm" deyə, Nigar söyləyib.

Qeyd edək ki, bundan əvvəl "Eurovision 2011" qalibi Eldar Qasımov da DNT analizinin nəticələrini paylaşmışdı. "78,4 faiz Qərbi Asiya, 11,6 faiz Skandinaviya, 7,1 faiz Mərkəzi Asiya, 2,1 faiz Baltikyanı ölkələr, 0,8 faiz İtaliya əsilliyəm" deyə, Eldar qeyd edib.