Məşhur aktrisa Meryem Uzerlinin keçmiş sevgilisi Can Ateş fırıldaqçılıqda ittiham edilir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meryem daxil yüzlərlə şəxsin 100 milyon dəyərində pulunu mənimsəyərək qaçan Can Amerikada tapılıb.

Nyu Yorkda yaşayan model Didem Uzel ailəsi ilə ad günündən foto paylaşıb. Fotoda Ateşin əks olunması nəzərlərdən yayınmayıb.

Qeyd edək ki, Can haqqında 7 ilədək həbs cəzası istənilib.



                 

Digər