"Hər şeyi unuduram. Getdiyim və gedəcəyim yerləri, edəcəyim işi, evdən çıxarkən götürəcəyim əşyaları tez-tez yadımdan çıxarıram" - Hər bir insan gündəlik həyatında bu sözləri işlədir. Bütün bunlar unutqanlıq əlamətləridir. Əgər əvvəllər yaşlı nəslin nümayəndələri unutqanlıqdan əziyyət çəkirdilərsə, bu gün gənclər də unutqanlıqdan şikayətlənirlər.

Axşam.az xəbər verir ki, el arasında "unutqanlıq" deyilən bu xəstəlik tibb elmində "amneziya" və ya "yaddaşın keyfiyyət pozuntusu" adlanır.

Amneziyanın bir neçə növü var - retroqrat, anteroqrat, epilepsiya, fiksapozon və digər amneziyalar. Retroqrat amneziya düşüncənin pozulması deməkdir. Belə xəstələr həyatlarında baş verən hadisələri tamamilə unudur. Anteroqrat amneziya travma zamanı əmələ gəlir. Belə xəstələr travma aldıqdan sonra keçmişlərini və gündəlik yaşadıqlarını unudurlar.

Yaddaşın keyfiyyət pozuntusu sırasına daxil olan epilepsiyaya əsasən yaşlı adamlarda rast gəlinir. Bəzən epilepsiya gənclərdə də müşahidə olunur. Bu zaman həmin insan həyatda baş verməyən hadisələr uydurur. Belə adamlar baş verən bütün pis hadisələri unudurlar, özlərini dünyanın ən xoşbəxt insanı hesab edirlər. Ancaq bu hal get-gedə irəliləyərək, amneziyanın daha ağır formasına keçə bilər.

Poramneziya da şizofreniyanın növlərindəndir. Belə xəstələr istər-istəməz, özlərindən asılı olmayaraq, yalanlar danışırlar. Bəzi hallarda insanlar nəyisə yadda saxlamaqda çətinlik çəkirlər. Yəni onların yaddaşı zəif olur. Buna "fiksapozin amneziyası" deyilir. Bu amneziyanın yüngül formasıdır.

Amneziya insanı ruhi xəstə edir

Gənclərdə amneziyanın adətən, travmadan, stresdən, damar sıxıntısından, beyində şiş olmasından və depressiyadan yaranır. Əgər uşaqda unutqanlıq halı həddən artıq olarsa, bu zaman həkimə müraciət edilməlidir. Belə uşaqlar əsasən doğuş zamanı zədə almış olurlar. Uşaqlarda amneziyanı müalicə etmək daha asandır. Uşaqlarda amneziyanın yaranmasının səbəblərindən biri də onlara efirdə gedən bütün xəbərlərə baxmağa icazə verilməsidir. Uşaq xəbərdən sarsılır və düşünməyə başlayır, özünə qapanır. Bu da amneziyanın yaranmasının təməlidir. Uşağı evdə bağlı saxlamaq, onun bayıra çıxmasına, yaşıdları ilə oynamasına icazə verməmək də yaxşı deyil. Belə uşaqlarda da get-gedə amneziya xəstəliyi yarana bilər.

Amneziyadan qurtulmağın əsas yollarından biri gün ərzində çoxlu kalsium qəbul etməkdir. Bundan başqa unutqanlığı olan adamlar quru meyvələr – kişmiş, ərik, qoz, fındıq ləpəsi yeməlidirlər. Gün ərzində içilən qara çay da yaddaşı zəiflədir. Buna görə də, insanların tez-tez yaşıl çay içmələri məsləhətdir. Yaşıl çay təkcə yaddaşı möhkəmləndirmir, digər orqanizmlərə də təsir edir.



                 

Digər