Aygünlə Faiq küsülüdür - İllərin dostluğu bitdi

Aygünlə Faiq küsülüdür -  İllərin dostluğu bitdi
1813 dəfə oxunub
  • A-
  • A
  • A+
İllərdir dostluq edən Xalq artistləri Faiq Ağayevlə Aygün Kazımovanın arasında soyuq küləklər əsir.

Axşam.az-ın əldə etdiyi məlumata görə, müğənnilər bir müddətdir küsülüdür.

Onların bir-birindən incik olduğu bu günlərdə qatıldıqları məclislərdən birində ortaya çıxıb. Dostlar əvvəlcə, eyni masada otursalar da, soyuq münasibətləri ətrafdakıların diqqətindən qaçmayıb.

Məclisin irəliləyən dəqiqələrində isə Aygün başqa masada digər həmkarları ilə əyləşib.

Qeyd edək ki, Aygünlə Faiqin hansı səbəbdən küsməsi məlum deyil.