"Quş adası Amerikadadır, Şəbnəm"

"Quş adası Amerikadadır, Şəbnəm"
9460 dəfə oxunub
  • A-
  • A
  • A+
ARB TV-də yayımlanan "Hüseynova bacıları" verilişinin ikinci mövsümünün tanıtım çarxı təqdim olunub.

Axşam.az xəbər verir ki, anonsda aktrisalar Xuraman Əlizadə və Ülviyyə Əliyevanın sosial şəbəkədə canlı yayıma girməsi göstərilib.

Müğənnilərin isə onlara rəy yazması əks etdirilib. Bu zaman "Biz Quş adasındayıq" deyən aparıcılara müğənni Şəbnəm Tovuzlunun adından "Qızlar, Quş adası haradır" deyə, sual ünvanlanıb. Xuraman isə "Quş adası Amerikadadır, Şəbnəm" cavabını verib.

Qeyd edək ki, sözügedən proqramda ötən mövsüm Şəbnəm Tovuzlu Amerikanın Avropada yerləşdiyini demiş, bu sözlərə görə lağa qoyulmuşdu.