Hacı Nuranın arxiv fotosu

Hacı Nuranın arxiv  fotosu
705 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Hacı Nuran Hüseynov arxiv fotosunu paylaşıb.

Axşam.az xəbər verir ki, yeni dərs ilinin başlaması münasibətilə o, məktəb illərini xatırlayıb.

"Bakı küçələri yenə qələbəlikdi. Özündən ağır çantasını daşımaq həvəsində olan birincilər, övladının ilk dərs günü həyəcanını yaşayan valideynlər, auditoriyaya tələsən abituriyentlər, müəllimlər, pedaqoqlar. Şəhərdə qəribə bir canlanma var. Ən gözəl mənzərə isə gül-çiçək tutan uşaq əlləridir. O əllər qələm, təbaşir tutacaq. Oxuyub, öyrənəcək, Azərbaycana layiq vətəndaş kimi yetişəcəklər. Kim bilir, bu gün ilk dərs gününün həyəcanını yaşayan o 164.234 azyaşlıdan neçəsi alim, idmançı, ziyalı, şair, həkim, mühəndis olacaq. Azərbaycanın adını, bayrağını zirvələrə ucaltmaq, tanıtdırmaq naminə" deyə, Hacı Nuran arxiv şəklinə yazıb.