Türkiyəli aktrisa Hande Erçel "Aşk sarhoşu" filminə çəkiləcək.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran-Türkiyə ortak layihəsi olan filmdə o, Mevlananın qızı Kimya Hatun obrazını canlandıracaq. İranın məşhur rejissorlarından olan Hassan Fathinin çəkəcəyi filmdə Mevlana obrazını Parsa Pirouzfar, Şəms rolunu isə "The Salesman" filmi ilə Kann film festivalında ən yaxşı kişi aktyor mükafatına layiq görülən Şahab Hosseyini oynayacaq.



                 

Digər