Azərbaycanda aktiv fəaliyyət göstərən "Avantage" turizm şirkətinin icraçı direktoru Orxan Məmmədli bu gün turizm sahəsində mövcud olan problemlər və onların həlli istiqaməti mövzusunda danışıb.

Axşam.Az-a açıqlama verən O.Məmmədli ölkəmizdə turizmın inkişafı ilə bağlı prioritet məsələlərə toxunub:

"Azərbaycanda Turizimin inkişafı üçün hava yollarımızın daşınmasını Asiya və Afrika ölkələrinə qədər uzatmalıyıq. Bu qitələrdə tanıdıcı ofislərin açılması və təbliğatın pik həddə çatdırılıması vacibdir. Hazırda turistlər ən çox Dubay və Antalyanı seçirlər. Biz bu axını öz tərəfimizə çəkə bilərik. Bunun üçün böyük potensialımız, imkanlarımız var və bu fürsətdən maksimal istifadə etməliyik. Gələn turistləri bölgələrimizə çəkməliyik. O zaman həm qış, həm də yay turizmini inkişaf etdirə biləcəyik. Bəs, bizə niyə bu turist axını gəlmir? Səbəb bir başa uçuşların və ciddi reklam kampaniyaların olmamasıdır".

"Avantage" turizmi şirkətinin rəhbəri qeyd edir ki, bu gün Azərbaycana ildə 3 milyon turist gəlir:

"Bu rəqəm yaxın 5 ildə ən azı 4-5 dəfə arta bilər. Buna bizim yetərli turizm potensialımız yetir. Və bu yolda Türkiyə modelindən mütləq istifadə etməliyik. Azərbaycan turizm sahəsində bu gün gec qalıb, amma hərəkət etməsək, sabah da gec ola bilər".



                 

Digər