“Ölkənin əsas müğənnisiyəm” - Kərim Abasov

“Ölkənin əsas müğənnisiyəm” - Kərim Abasov
1312 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Kərim Abasov “X maqazin” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, yay istirahəti zamanı çimərlik görüntülərinin qınanılmasından danışan ifaçı iddiası ilə diqqət çəkib:

“Qonşum kimdir ki, ona görə həyat tərzimi dəyişim? Onlara qalsa, mən gərək, çilingər olardım. Ailəmə qalsa, gərək müğənni olmazdım. Atam ilk dəfə oxuduğuma görə məni o qədər döymüşdü ki.. O qədər hikkəli adamam ki, öz bildiyimi etmişəm. Anam mənə həmişə deyir ki, sən öz bildiyini edən yetimsən. Mən buna görə fəxr edirəm, etməsəydim bu gün ölkənin əsas müğənnilərindən biri olmazdım. Azərbaycanın 10-15 müğənnisi varsa, onlardan biri mənəm”.