Xalq artisti Fidan Hacıyeva yeni fotosessiya etdirib.
Axşam.az xəbər verir ki, tanınmış opera ifaçısı beş obrazda kamera qarşısına keçib.
Foto-layihə F. Hacıyevanın Akademik Opera və Balet Teatrında canlandırdığı obrazlardan ilhamlanaraq ərsəyə gəlib. İfaçının şəkillərini fotoqraf Ramin Aslanov çəkib.
Həmçinin qeyd edək ki, oktyabrın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Fidan Hacıyevanın vokal musiqi məktəbinin tələbələrinin “Duet” adlı solo konserti keçiriləcək. Xalq artisti özü də konsertdə tələbələri ilə səhnəyə çıxacaq. Tədbir saat 19:00-da başlayacaq.
Biletləri əldə etmək üçün (050) 510 30 20 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.