Türkiyəli müğənni Deniz Sekinin anası Güler Seki xəstəxanaya aparılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, beynində şiş olması səbəbilə dörd dəfə əməliyat edilən qadının halı yenidən pisləşib.

Anasına hədsiz bağlılığı ilə bilinən sənətçi onun konsertdən fotosunu sosial şəbəkədə paylaşaraq pərəstişkarlarından dua etmələrini istəyib.

"Anam çox xəstədir. Nə olar dua edin. Sevənlərimin dualarına ehtiyacım var" deyə, ifaçı yazıb.

Çoxsaylı izləyicilərlə yanaşı, Seda Sayan, Deniz Çakır, Nur Yerlitaş kimi məşhurlar da onun paylaşımından yan keçməyərək, anasına şəfa diləyiblər. 



                 

Digər