"Arvada ürəyi nə istəyir almışam. Hər şeyi var. Elə xanımdır ki, gözütoxdur. Qadın var ki, gözü doymur".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aftandil İsrafilov "Ay Zaur" verilişində deyib. Qarmon ifaçısı həyat yoldaşı Zenfira xanımdan bəhs edib. O bildirib ki, xanımı onu qısqanmır:

"Evə gec gedəndə heç vaxt sual vermir. Nəsə soruşur, 1 dəfə cavab vermədimsə, anlayır. Evə gec gedəndə, arvad yatırsa, ona ziyandır. Yatanda pul vermirəm. Oyaq olursa, pulu ona verirəm.

Heç vaxt evdə dava salmıram. Ağıllı kişi görəndə evdə yemək yoxdur, söz-söhbət yaratmaz. Girib bir dönər yeyir, birini də arvada alıb gətirirər".

Aparıcının "Deyirlər, insan qocalanda, qayğısına arvad qalır" sualına musiqiçi belə cavab verib:

"Məndə elə deyil. Ətrafımda o qədər dost, tanış var ki... qazandığım pulları xalqa xərcləyirəm. O qədər xeyriyyə işləri görmüşəm... İnsanlar var ki, xahiş edirlər işə düzəldim, nəsə edim. Hamısı edirəm".



                 

Digər