“İllərlə çəkdiyim əziyyəti yerə vurdu” - Namiq meyxanadan niyə uzaqlaşıb?

“İllərlə çəkdiyim əziyyəti yerə vurdu” - Namiq meyxanadan niyə uzaqlaşıb?
2031 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Namiq Qaraçuxurlu “Fatehin divanı” verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, proqram zamanı meyxananın hazırki vəziyyətindən söz açılıb.

N.Qaraçuxurlu sənətindən uzaqlaşmasını belə əsaslandırıb:

İllərlə çəkdiyim əziyyəti “Youtube” yerə vurdu. Baxmayaraq ki, işimdə “Youtube”un köməyi var. Amma gənclər bunu başqa cür insanlara çatdırdılar. Buna görə meyxanadan uzaqlaşdım. Məsuliyyətsizlik var. Nəticəsi barədə düşünmürlər. Bir ara “Gəl, bir az meyxana de, gülüm” deyirdilər. Mən də “çıkka-çıko”nu bacarmıram. Meyxana üçün olunmalı çox şey var. Meyxananı Türkiyədə sevdirmək olar. Amma mənim buna həvəsim yoxdur.