Alim Qasımov Kanadada konsert verdi

Alim Qasımov Kanadada konsert verdi
1037 dəfə oxunub
  • A-
  • A
  • A+
Kanadanın Toronto şəhərində beynəlxalq muğam festivalı çərçivəsində dünya şöhrətli musiqiçi Alim Qasımovun “Sama-e Rast Muğam rəqsi” adlı konserti təqdim edilib.

Axşam.az-ın məlumatına görə, sözügedən festival Kanadada qışın gəlişi və 21 dekabrda dünyanın maraqla gözlədiyi “Planetlərin paradı” hadisəsi münasibətilə təşkil olunub.

Xalq artisti konsertdə tanınmış rəqqas, Güney Azərbaycandan olan Saşar Zariflə birgə şou təqdim edib. Konsertdə 70 yaşlı rəqqas, Mimi Beikin də çıxış edib.

Festival Kanadanın və Ontario əyalətinin incəsənət şuraları, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.Festivalın məqsədi Azərbaycanın zəngin muğam ənənələrini Kanadada təbliğ etməkdir.