İradəyə ilk hədiyyəni qayınatası verib

İradəyə ilk hədiyyəni qayınatası verib
6799 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün sevilən müğənni İradə İbrahimova yeni yaşına qədəm qoyur.

Axşam.az məlumat verir ki, İ.İbrahimova ad günü ilə bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüb. Ətrafındakı insanlardan həmişə sevgi və doğmalıq görən İradə bunun Tanrının ən böyük lütfü olduğunu bildirib:

“Mənə bu yaşımı görməyi nəsib etdiyinə görə Allaha şükür edirəm. Yaş üstə yaş gəldikcə daha da dolğunlaşdığımı və kövrəkləşdiyimi anlayıram. Övladım dünyaya gələndən  həyat məndən ötrü daha çox şirinləşib,” – deyən sənətçi ad gününü dostları ilə birlikdə qeyd edəcəyini vurğulayıb:
 
“Ən önəmlisi odur ki, bu günümdə bacım Nigar yanımdadır. İlk təbriki də bacımdan və həyat yoldaşım Ceyhundan almışam. Hədiyyələrini də axşam verəcəklər. Hələlik ilk hədiyyəm qaynatamdan gəlib - antik qramofon. Çox dəyərli hədiyyədir. Ad günümü Əlixan Səmədovun nikah yeməyinə qatılmaqla keçirəcəm. Daha sonra ailə üzvlərimiz və dostlarımızla bir yerə toplaşacağıq”.