"Billboard Music Awards 2014"ün qalibləri açıqlandı- fotolar

"Billboard Music Awards 2014"ün qalibləri açıqlandı- fotolar
1424 dəfə oxunub
  • A-
  • A
  • A+

Otən gecə Las-Veqasdakı "MGM Grand Garden Arena"nın səhnəsində "Billboard Music Awards 2014" mükafatlarının təqdimetmə mərasimi baş tutub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, gecənin ən yaddaqalan anı  Mayk Ceksonun çıxışı olub. Tədbirin təşkilatçıları bunu reallaşdırmaqdan ötrü  müğənninin holoqramından istifadə ediblər. "Dirilmiş" dünya ulduzu yenicə çıxmış "XSCAPE" adlı albomundan "Slave to the Rhythm" mahnısını səsləndirib.
 
Maykl Ceksonun holoqramı ilə yanaşı gecədə Cenifer Lopes, Şakira, Rikki Martin, İqqi Azaliya, Ariana Qrande və başqaları da çıxış edib.

"Billboard Music Awards 2014"ün qaliblərinin tam siyahısını təqdim edirik:
Ən yaxşı artist- Castin Timberleyk
Ən yaxşı təzə artist - Lord
Ən yaxşı kişi müğənni - Castin Timberleyk
Ən yaxşı qadın müğənni- Keti Perri
Ən yaxşı qrup- "Imagine Dragons"
Ən yaxşı qasrtol  turu- "Bon Jovi"
Ən yaxşı radiohit- "Blurred Lines", Robin Tik T.I. və Farrel Uilyams
İnternetdən ən çox endirilən mahnı - "Imagine Dragons" qrupunun "Radioactive" mahnısı
Ən çox endirilən klip- Mayli Sayrus "Wrecking Ball"
Ən yaxşı rəqs layihəsi - "Daft Punk"
Ən yaxşı rəqs mahnısı- "Wake Me Up" Avisiya
Ən yaxşı R&B ifaçısı - Castin Timberleyk
Ən yaxşı rep ifaçısı -Eminem
Ən yaxşı rok ifaçısı - "Imagine Dragons" qrupu
Ən yaxşı rok mahnısı - Lord "Royals"
Icon Award - Cenifer Lopes

Qeyd edək ki, Castin Timberleyk, Keti Perri və Mayli Sayrus mərasimdə iştirak edə bilmədiklərindən təşkilatçılara təşəkkürlərini ekran vasitəsilə çatdırıblar.