"...Sevənlərim kədərlənəcək" - Aygün

"...Sevənlərim kədərlənəcək" - Aygün
5038 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova yaxın günlərdə gündəmi alt-üst edəcək.

Axşam.az-ın məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında sükutu pozacağını deyib:

“Bir azdan sükut pozulacaq. Vətənimdə bunu eşidəndə sevənlərim kədərlənəcək. Heç də xoş mövzu deyil. Türkiyədə şok olacaqlar. Yaxşı açıqlama deyil, amma bunu etməliyəm. Hazırda bir kəlmə deyə bilmərəm. Vəkilim buna icazə vermir. Hər kəlməyə fikir verməliyəm ki, qarşı tərəf bundan istifadə etməsin. Səhnəni tərk etmirəm. Səhnədən ancaq xalqın gözündən düşsəm, gedə bilərəm. Pərdəarxası hər şey önə çıxacaq. O dönəmi yaşayıb keçdim, sağaldım, güc topladım. Keçirəm, qarşı tərəfə cavab atəşinə”.