Sibel Candan selfi jesti

Sibel Candan selfi jesti
1340 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Sibel Can ötən axşam İstanbulda otellərin birində səhnəyə çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni sevənlərinə sürpriz edib.

Belə ki, o, izləyicilərinə selfi çəkmək təklifi irəli sürüb. Məşhurların əksəriyyətinin çəkindiyi bu addımı atmaqdan qorxmayan müğənni "kim telefonunun işığını yandırsa, yanına gələcəm" söyləyib.

Sibel Can daha sonra səhnədən enərək onu dinləməyə gələnlərin yanına gedib.