“Heç kim qızımdan dəyərli deyil”

“Heç kim qızımdan dəyərli deyil”
3711 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Pınar Altuğ qızı Su yanında olarkən heç kimlə şəkil çəkdirməyəcəyini açıqlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa bunun qızının psixologiyasına təsir etdiyini deyib:
 
“Bir dəfə mənə yaxınlaşan uşaqlarla şəkil çəkdirdim, Sunun narahat olduğunu gördüm. Pedaqoqun yanına getdim. O mənə dedi ki, daha heç kimlə şəkil çəkdirmə, çünki qızın anasını kimsə ilə paylaşmaq istəmir. Heç kim qızımdan dəyərli deyil, buna görə həmin vaxtdan onun yanında şəkil çəkdirmirəm”.