Oliviya Palermonun yeni fotosessiyası

Oliviya Palermonun yeni fotosessiyası
1132 dəfə oxunub
  • A-
  • A
  • A+
28 yaşlı məşhur dəb ikonu Oliviya Palermo “The Edit” jurnalı üçün fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, model-aktrisa jurnala şəxsi həyatı barədə maraqlı açıqlamalar verib. O, hər zaman qlamur görünmək istəyinin valideynindən ona keçdiyini deyib:
 
“Anam və nənəm heç vaxt gözəl göründüklərinə yüz faiz əmin olmadıqca evdən çölə çıxmazdılar. Mən ümumiyyətlə, bu günlə yaşayan insan deyiləm, hər zaman perspektivdə olacaqlara üstünlük verən biriyəm”.

Tanınmış brendlərlə çalışan Oliviya həyat yoldaşı, almanəsilli model Yohanson Hyublomla bu ilin yanvarında baş tutan nikah mərasimindən də danışıb:
 
“Bildiyiniz kimi, toyuma kofta və “Carolina Herrera”dan olan ətəkdə getmişdim. Mən həmin libası ilk baxışdan xoşlamışdım. Düzdür, klassik geyim olmasa da, mən o paltarları istənilən vaxt istifadə edə bilərəm. Toy mərasimimiz ailəmizin əhatəsində keçirildi. Ola bilər ki, bu il daha böyük məclis təşkil elədik”.