Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?
1383 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda və Abşeron yarımadasında  oktyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, az yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, cənub küləyi əsəcək və arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, sabah cənub rayonlarında yağış yağacaq. Səhər və axşam ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.