Ayandan yeni klip: "Sənin eşqin xəyanətdir"

Ayandan yeni klip: "Sənin eşqin xəyanətdir"
2192 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva tanqo üslubunda olan “Sənin eşqin xəyanətdir” adlı mahnısına klip çəkdirib.

Axşam.az-ın məlumatına görə, musiqisi Emin Minyaşev, sözləri İkram Əliyevə aid olan bəstənin ekran işini rejissor Asif Bafaoğlu çəkib. Klipdə qrafika işi ön plandadır. Bu mini klip Ayanın müxtəlif fotoları üzərində qurulub.

Gənc müğənni yaxın günlərdə yeni və fərqli fotosessiya etdirməyi planlaşdırır. Ayanın yaz ab-havalı fotosessiyasının qrafikini də Asif Bafaoğlu hazırlayacaq.