Abbasla Zamiq barışdı

Abbasla Zamiq barışdı
1684 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Abbas Bağırov və müğənni Zamiq Hüseynov barışıb.

Axşam.az-ın məlumatına görə, bu haqda A.Bağırov əməkdaşımızla söhbətində deyib:

“Aramızda elə də böyük problem yox idi. İnciklik olmuşdu, ona da son qoyduq”.

Z.Hüseynov isə “Məclislərin birində qarşılaşdıq, salamlaşdıq. Beləcə, küsülülüyə də son qoyuldu. Abbas 104 FM-də “Yanar saat” verilişinin qonağı olmuşdu. Orada hər müğənniyə istədiyi sənətçini qonaq çağırmaq imkanı verilir. O da məni dəvət etmişdi, qatıldım” deyə, bildirib.

Qeyd edək ki, Z.Hüseynov açıqlamasında barışıq üçün ilk addımı atmayacağını demişdi:

“Abbasla uşaqlıqdan dostuq. Amma bundan sonra bilmirəm dost olacağıq, ya yox. Bir-birimizin evində olmuşuq. Arada inciklik var. İlk addımı atmayacam. O da qız bürcündəndir. Hər birimiz ilk addımı qarşı tərəfdən gözləyirik”.