Bakının növbəti qonağı İrəm Dərici olacaq

Bakının növbəti qonağı İrəm Dərici olacaq
2195 dəfə oxunub
  • A-
  • A
  • A+

Təşkilatçı Nahid Emiloğlu uzun müddət yaradıcı işlərinə ara verməsinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, bu haqda “ATV Maqazin”də danışan təşkilatçı Azərbaycan tamaşaçısına bir neçə türkiyəli ifaçının konsertini keçirmək vədini verib:

“Hərdən uzaqlaşıram ki, kimsə nəsə yenilik edər. Əvvəl bir-iki təşkilatçı var idi. İndi yüzlərlə təşkilatçı çıxıb. Amma heç nə etmirlər, yalandan ortada gəzirlər. Konsertlərə start vermişəm. İlk tədbirimiz 23 martda Murad Dalkılıçla olacaq. Konsertlə yanaşı azərbaycanlı pərəstişkarlara onunla şəkil çəkdirmək imkanı da yaradacağam. Həmişə sənətdə illərlə fəaliyyət göstərən əcnəbi müğənniləri Bakıya gətirməyə üstünlük verirdim. Amma indi daha çox gənclərə yer ayıracam. Növbəti qonaq isə İrəm Dəricidir".