Məktəblərdə porno göstərilməsi təklif edilir

Məktəblərdə porno göstərilməsi təklif edilir
4224 dəfə oxunub
  • A-
  • A
  • A+

Pornoqrafiyanın qanuni olduğu yeganə ölkə Danimarkada orta məktəblərdə dərs vəsaiti kimi porno videolardan istifadə edilməsi təklif edilib.

Axşam.az İngiltərənin “Guardian” qəzetinə istindən xəbər verir ki, Christian Graugaard adlı seksologiya professoru şagirdləri seks barəsində maarifləndirərkən porno videolardan istifadə etmək təklifini irəli sürüb.

Graugaard deyib ki, bunun sayəsində yeniyetmələr əsl seksual əlaqə ilə porno arasındakı fərqi anlaya biləcəklər:

“Beləliklə də gənclər gördükləri şeylərə daha tənqidi yanaşa biləcəklər. Müəllimlər 15-16 yaşlı qrupundakı şagirdlərlə bu mövzularda danışmalıdırlar”.

Qeyd edək ki, Danimarka 1967-ci ildə porno qadağasını aradan qaldırıb, 1969-cu ildə isə rəsmən icazə verib.