“Ağıllı çanta” da çıxdı

“Ağıllı çanta” da çıxdı
2058 dəfə oxunub
  • A-
  • A
  • A+

“HiSmart” şirkəti şəkil çəkən, telefon zənglərinə cavab verən, Bluetoothlu “ağıllı” çanta təqdim edib.

Axşam.az “LOG” jurnalına istinadən xəbər verir ki, poçtalyon çantasına bənzəyən yeni ağıllı texnologiya telefonunu çantasının içində “itirən”lər üçün yaxşı seçim olacaq.

Həm iOS, həm Android əməliyyat sistemi ilə işləyən çanta mobil telefona qoşulur, musiqi dinləmə, şəkil, video, hətta selfi çəkmə, səs yazma, gələn zənglərə cavab vermə kimi funksiyalara malikdir.

Çantanın iyun ayından 299 dollara satışa çıxarılacağı deyilir.