"Bayram bitdi, kim nə qədər istəyir, gül aparsın" - fotolar

"Bayram bitdi, kim nə qədər istəyir, gül aparsın" - fotolar
7455 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 10-da Bakıda başlayan Gül bayramı bu gün - mayın 14-də başa çatıb.

Axşam.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bayramın başa çatması saat 22 radələrində elan olunub.

Bundan sonra park paytaxt sakinləri üçün açıq elan olunub. “Bayram bitdi, kim nə qədər istəyirsə, o qədər gül aparsın” - elanın məzmunu təxminən belə olub.

Bundan sonra Bakı sakinləri parkdakı gülləri qucaq-qucaq daşımağa başlayıb. Hətta dibçəkqarışıq...

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri və polis əməkdaşları baş verənləri seyr ediblər.

Heç bir insident qeydə alınmayıb. Bununla belə bir çox adamların parkdan götürdüyü gülləri ətrafdan keçən adamlara dəyər-dəyməzinə satmaq cəhdləri də müşahidə olunub.