Nadir: "Oğlum evlənir" - video

Nadir: "Oğlum evlənir" -  video
4033 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə "Oğlum evlənir" adlı yeni mahnısını təqdim edib.

Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, bəstənin sözləri və musiqisi Samir Vidaya məxsusdur:

"Bəstəyə qulaq asan kimi bəyəndim. Mahnını oxuyan zaman isə qəribə hisslər keçirdim. Elə bildim ki, sanki oğlumun toyunda oxuyuram. Hər bir valideynin arzusudur ki, övlad toyu görsün. Mənim də iki oğlum var. İstəyirəm ki, Allah ömür versin və iki oğlumun toyunu görüm. Valideyn kimi öz üzərimə düşən nə varsa onlar üçün etmişəm. Bundan sonra da etməyə hazıram. Hazırda böyük övladım xarici ölkədə təhsil alır, bir neçə il sonra isə ailə qurmaq barədə düşünəcək. Mən də istəyirəm ki, nəvəm olsun".