"50-80 minə mümkün deyil"

"50-80 minə mümkün deyil"
1303 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Gövhər Həsənzadə uzun müddətdir ki, Türkiyədə hazırlanan albomunun aqibətindən danışıb.

O, Axşam.az saytına açıqlamasında yerli sənətçilərimizin türk müğənniləri ilə ifa etdikləri duetlərin yer aldığı albomun yaxın günlərdə işıq üzü görəcəyini deyib:

“Albomda Elnurun, Ziyafət Yaqublunun, Kərimin və bir çox müğənnilərin duetləri var. Eyni zamanda “Hepsi” qrupu, müğənni Banu Zorlu, Yeşim mənim bəstələrimi ifa ediblər. Həmin mahnıları da alboma daxil etmişəm”.

Gövhər Həsənzadə həmçinin Türkiyədə mahnı satmağa can atan bəstəkarlar haqda fikrini bildirib:

“Mən Türkiyədə Şairlər və Bəstəkarlar Dərnəyi MESAM-ın üzvüyəm. Buna görə də orada mahnı satmaq hüququm var. Hər adam gedib Türkiyədə bəstə satışa çıxara bilməz. Bir mahnını isə ən çox 10 minə satmaq olar. 50-80 minlik qiymətlər mümkün deyil”.