Vüsalə Rəcova "Sarı Gəlin"i xaricdə ifa edəcək

Vüsalə Rəcova "Sarı Gəlin"i xaricdə ifa edəcək
1311 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni və teleaparıcı Vüsalə Rəcova müəllimi, xalq artisti Mənsum İbrahimovun təşəbbüsü ilə iyunun 18-də keçiriləcək “Gəncləşən muğam” adlı konsertdə səhnəyə çıxacaq.

Axşam.az-ın məlumatına görə, sənətçi artıq hazırlıqları başlayan tədbirdə “Sarı gəlin” xalq mahnısını səsləndirəcək.

O, konsertə milli geyimdə qatılacaq.

V.Rəcova həmçinin bu yaxınlarda yaradıcılığı ilə bağlı xaricə səfər edəcəyini və “Sarı gəlin”i orada da səsləndirəcəyini deyib.

Qeyd edək ki, “Gəncləşən muğam” layihəsində Mənsum İbrahimovun yetirmələrindən Aytən Məhərrəmova, Arzu Əliyeva, Elşad Aydınoğlu, Hüseyn Məlikov, Günay İmamverdiyeva və başqaları da səhnə çıxacaqlar.