Bütün bədəni yansa da, sevgilisi ondan vaz keçmədi - fotolar

Bütün bədəni yansa da, sevgilisi ondan vaz keçmədi - fotolar
8106 dəfə oxunub
  • A-
  • A
  • A+

İnsanı hər bir çatışmazlıqları, mənfiləri və ağır xasiyyəti ilə - olduğu kimi sevən tapmaq çox çətin olsa da, sevgi və hörmət bəzi insanlar üçün bu maneələri aşır.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Turiya Pitt və Maykl Hoskins isə bunun üçün ən yaxşı nümunədir.

Pittin 14 yaşı olanda 17 yaşlı Mayklla tanış olur. Sevgili cütlük 2011-ci il qorxunc hadisə ilə üz-üzə qalır. Həmin vaxt qız universiteti bitirib model kimi fəaliyyət göstərirdi. O, qərara gəlir ki, marafon qaçışında da iştirak etsin. Yarış zamanı ərazidə güclü yanğın baş verir. Yanğın nəticəsində Turiyanın bədəninin 64 faizi yanır. Üzü tanınmaz hala düşən qızın sağ əlinin bütün, sol əlinin isə iki barmağı kəsilir.

İki il xəstəxanada yatan Pitt 100-dən çox əməliyyat keçirir. Həmin vaxtlarda o, bütün jurnalların əsas xəbərinə çevrilir. Xəstəxana müddəti bitdikdən sonra Pitt küçəyə çıxmağa utanır, ona elə gəlirdi ki, hər kəs onun "eybəcər hala düşmüş sifətinə" baxır. Ancaq yaxınlarını və dostlarının dəstəyi nəticəsində o bu səddi aşa bilir.

Sevgilisi Hoskins isə ona qulluq edə bilmək üçün işlədiyi polis idarəsindən istefa verir. Hazırda onlar bir yerdədirlər. 4 il əvvəl Pitt reanimasiyada olanda Maykl ona brilyant üzük də alır. Bu günlərdə o, üzüyü sevgilisinə təqdim edir və sevgililər nişanlanırlar.

Onlar bir yerdə çox xoşbəxtdirlər.

Maykl bu haqda belə deyir:

"Turiya insanların ona acımasını istəmir. O, öz həyatını yaşamaq istəyir, gəzməyi, okeanı və dinamik tətili sevir. İnanılmaz enerjisi var. O, çox gözəldir... Dəyişən heç bir şey yoxdur, elə əvvəki Turiyadır. Sadəcə azacıq dərisini dəyişib".