Yerli baykerlərdən növbəti motoyürüş - fotolar

Yerli baykerlərdən növbəti motoyürüş -  fotolar
1678 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı baykerlərin “Böyük yolun yolçuları” adı altında motoyürüşü başlayıb. 

Axşam.az-ın məlumatına görə, ANS Şirkətlər Qrupunun prezidenti və “Baku HOG Azerbaijan”ın baş direktoru Vahid Mustafayevin rəhbərliyi ilə Bakı-Tbilisi marşrutu üzrə yürüş edən baykerlərin əsas məqsədi 2016-cı ildə istifadəyə veriləcək "Bakı-Tbilisi-Qars" dəmiryolunun tanıtımıdır. 

V.Mustafayev ölkəmizin təşəbbüsü ilə start verilən bu layihənin bölgələr üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“2016-ci ildən Azərbaycan xalqı bu yol vasitəsi ilə Avropaya, avropalılar isə Azərbaycana gəlib-getmək üçün yararlana biləcəklər. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Ermənistan bu layihədən uzaqlaşdırıldı".

V.Mustafayev baykerlərin bütün marşrutu 2 günə qət etməyi planlaşdırdığını bildirib. Tbilisidə isə baykerlərimizin yürüşünə gürcü motosikletçilərin qatılacağı gözlənilir.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməli 2007-ci ildə Gürcüstanın Marabkəndində qoyulub. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa, İstanbula isə iki gün yarıma getmək mümkün olacaq.