Gəlin toyunda özünü hovuza atdı - fotolar

Gəlin toyunda özünü hovuza atdı - fotolar
6810 dəfə oxunub
  • A-
  • A
  • A+

İki aydır subaylığa vida partiləri keçirən israilli top model Bar Refaelinin toyu olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 30 yaşlı Refaeli iş adamı Ezra ilə dünən İsrailin Hayfa şəhərindəki "Carmel Forest Spa Resort"da ailə qurub.

Toyun ən çox müzakirə edilən  tərəfi isə gəlinlə bəyin sıradan geyimdə olması olub. Bar toyunda geyindiyi libasla hovuza tullanıb. Amma onların digər hərəkəti İsrail xalqını əsəbləşdirib. Belə ki, Refaeli və Ezra toyun baş tutduğu məkanın hava nəqliyyatı üçün bağlı elan edilməsini istəyiblər. Nəqliyyat Naziri Katz "səma bütün xalqa aiddir, bəzi məşhur insanlar üçün bağlanıla bilməz" desə də, model və əri istəyinə nail olub.

Onların tələbinin səbəbi isə tam bəlli olmayıb. İddialara görə, bu addım paparassiləri uzaq tutmaq üçün atılıb.