"Böyük səhnə"yə Lənkəranda start verildi

"Böyük səhnə"yə Lənkəranda start verildi
802 dəfə oxunub
  • A-
  • A
  • A+

Lənkəranda “Böyük səhnə” Beynəlxalq vokal telelayihəsinin kastinqinə start verilib.

Axşam.az-ın məlumatına görə, bu barədə Ukraynanın Euromedia şirkətinin PR direktoru Tatyana Bokşa məlumat verib.

Telelayihəyə Lənkəran şəhərinin ətraf rayonlarından da bir çox insanlar qatılıblar.

Evanescence, Selin Dion, Niyaməddin Musayev, Teymur Əmrah, Dima Bilan, Co Dassen, Röya və başqa mügənnilərin mahnıları kastinqin iştirakçıları tərəfindən ifa edilib.

Tamaşaçılar layihənin kastinqi və superkastinqini efir məkanında Yanvarın 25 və 26-da saat 20.00-da "ATV" telekanalında izləyə bilərlər.