Moskvada Rəşid Behbudovun yubileyi qeyd olunacaq
Görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun 100 illik yubileyi Moskvada qeyd ediləcək.
Axşam.az xəbər verir ki, bu barədə "Report"a Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev məlumat verib.
O qeyd edib ki, dekabrın 14-də Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyidir və bu münasibətlə dekabrın 10-da Moskvada təntənəli yubiley tədbiri keçiriləcək.
Yubiley mərasimi Rusiya Kino Xadimləri və Rusiya Mərkəzi Kino Evinin təşəbbüsü ilə baş tutacaq.