Azərbaycanın xınayaxma ənənəsi Çində

Azərbaycanın xınayaxma ənənəsi Çində
1062 dəfə oxunub
  • A-
  • A
  • A+
Çinin Uxan şəhərində tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festivalı keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Uxan Universitetində təşkil edilən festivalda müxtəlif ölkələrdən olan tələbələr milli stendləri ilə mədəniyyətlərini təbliğ ediblər. Azərbaycanlı tələbələr Sevinc Qacarova, Ayan Kərimova, Aqil Əliyev, Amil Şərbətov və Əli Vəlizadə stendimizi ziyarət edənlərə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadi inkişafı, turizm potensialı haqqında məlumat veriblər.

Xüsusilə, xanım ziyarətçilər Azərbaycanın xınayaxma ənənəsinə böyük maraq göstərib, arzu edənlərin əllərinə müxtəlif formalarda xına yaxılıb. Bundan başqa, Azərbaycan milli rəqslərinin ifası maraqla qarşılanıb.