Vaqif Səmədoğlunun ölümündən 1 il keçdi

Vaqif Səmədoğlunun ölümündən 1 il keçdi
834 dəfə oxunub
  • A-
  • A
  • A+
Yanvarın 28-də Fəxri xiyabanda Xalq Şairi Vaqif Səmədoğlunun anım mərasimi keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, ədəbiyyat, incəsənət, elm xadimləri, Milli Məclisin deputatları, şairin dostları, ailə üzvləri və ictimaiyyət nümayəndələri şairin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Vaqif Səmədoğlunun xatirəsinin xalqımız tərəfindən hər zaman ehtiramla anılacağını bildirib. Onun müdriklik və həqiqi ziyalılıq təcəssümü olan yaradıcılığının dünyəvi, bəşəri hisslərin təcəssümü, mövzu müxtəlifliyi, poetik təfəkkürün genişliyi ilə seçildiyini vurğulayıb.

AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Nizami Cəfərov Vaqif Səmədoğlunun həm poetik yaradıcılığı, həm də ictimai-siyasi fəaliyyəti ilə istiqlal mübarizəsinin ön sıralarında getdiyini söyləyib. Onun ictimai xadim kimi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu prosesində həm bir vətənpərvər şair, həm də Milli Məclisin deputatı olaraq xidmətləri olduğunu xatırladıb.

Çıxış edənlər şairin yaradıcılığının dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirildiyini bildiriblər. Vurğulanıb ki, onun işıqlı xatirəsi yaddaşlarda daim yaşayacaq.