“Qatil” Şimali Kiprdə səhnəyə qoyulacaq

“Qatil” Şimali Kiprdə səhnəyə qoyulacaq
1489 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq yazıçısı Elçinin “Qatil” əsəri Şimali Kipr Türk Cümhuriyyətində səhnəyə qoyulacaq.

Axşam.az-ın məlumatına görə, azərbaycanlı rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşa yanvarın 18-də Lefkoşa Atatürk Mədəniyyət Mərkəzində oynanılacaq.

Tamaşada Oya Akın, Tuyğun Törə, Yılsay Özbudaq və Bilən Kılıç rol alıb. Bu tamaşanın eyni zamanda Azərbaycanda göstərilməsi nəzərdə tutulur.

Tamaşanın yanvarın 26-da, eləcə də hər cümə günü göstəriləcəyi bildirilir.