Teatr Türkiyədən qastrol səfərindən qayıdıb

Teatr Türkiyədən qastrol səfərindən qayıdıb
258 dəfə oxunub
  • A-
  • A
  • A+
Akademik Milli Dram Teatrı Türkiyədən qastrol səfərindən qayıdıb.

Axşam.az xəbər verir ki, teatrın kollektivi aprelin 16-23-də Türkiyənin Bursa şəhərində keçirilən festivalda iştirak edib.

Akademik Milli Dram Teatrı Bursa şəhərinin Nilufər Bələdiyyəsinin keçirdiyi V Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil edib.

Teatr Bursa tamaşaçılarına xalq yazıçısı Elçinin "Teleskop" ikihissəli tragikomediyasını nümayiş etdirib.
Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın xalq artisti Eduard Koçerqindir.

Əsas rolları əməkdar artist Füzuli Hüseynov (Kişi), İlahə Həsənova (Qadın) ifa edir.
Rollarda xalq artisti Ramiz Novruz, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Əli Nur, Əjdər Həmidov, Sevinc Əliyeva, Elşən Cəbrayılov və başqaları çıxış edirlər.