İspaniyada ən çox pulu ruslar xərcləyir

İspaniyada ən çox pulu ruslar xərcləyir
722 dəfə oxunub
  • A-
  • A
  • A+

“FOM” adlı İctimai Araşdırmalar Mərkəzi İspaniyaya səyahət edən turistlərin sırasında ən çox pul xərcləyənlərin ruslar olması haqda açıqlama yayıb.

Axşam.az-ın məlumatına görə, ötən ilin yazında bu ölkəyə gələn rusların adam başına  təxminən 720 dollar xərclədiyi bildirilir.

2012-ci ilin yanvar-noyabr aylarında İspaniyaya gələn rusların sayı öncəki illə müqayisədə 42 faiz artıb. Rəsmi məlumata görə, keçən il 1 milyondan artıq rusiyalı vətəndaş bu ölkəyə səyahət edib.
İstirahət üçün bu ölkəyə gələn ingilislər orta hesabla min, fransızlar 600, ruslar isə 1600 avro xərcləyib.

Nigar MƏHƏRRƏM