Aparıcı Samirə gəlinlik geyindi

Aparıcı Samirə gəlinlik geyindi
6526 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Şarm” verilişinin keçmiş aparıcısı Samirə Rüstəmova gəlinlik geyinib.

Axşam.az saytının müxbirilə söhbətində aparıcı bildirib ki, bu, onun yeni layihəsi ilə əlaqədardır:

“Janas Creative Group”la hazırladığımız layihə "Toy mücrüsü" adlanır. Əminliklə deyə bilərəm ki, televiziya məkanımızda bu formatda veriliş olmayıb. Layihə toya hazırlaşan gənclərə yeni ideyalar verəcək, onların hazırlıq işlərini bir az da asanlaşdıracaq. Fərqli toy arzusunda olan hər bir gənc özü üçün lazımlı məsləhət əldə edə biləcək”.

S.Rüstəmovanın sözlərinə görə, verilişin yaradıcı heyəti prodüser Elşən Dadaşov, operator Anar Baxışov, aparıcı-müxbirlər Samir Abuşov, Tural Rza, Haci Nazimoğlu və Nevzat Mahmuddan (“Satko” serialının aktyorları – red.) ibarətdir:

“Modelyer Gülnarə Xəlilova ilə əməkdaşlıq edəcəyik. “Toy mücrüsü”nün hansı kanalda yayımlanacağı yaxın günlərdə bəlli olacaq. Layihənin məsləhətçisi isə rejissor Mahir Canasdır. Texniki dəstəkçimiz isə AzRu Tv-dir”.

Axşam.az çəkiliş məkanından özəl fotoları təqdim edir.

Fotoqraf: Bəhruz Əlizadə

Geyim
– “Mücrü” gəlinlik salonu

Salon - "İN" studio

Qrim – Günel Ağacanova

Çəkiliş məkanı: JW Absheron Marriott otel