51 yaşlı model gənc qalma sirrini açıqladı

51 yaşlı model gənc qalma sirrini açıqladı
5175 dəfə oxunub
  • A-
  • A
  • A+
51 yaşlı avstraliyalı model Elle Makferson hər zaman ideal bədən quruluşu ilə diqqət çəkib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, model formada qalma sirrlərini açıb.

2 uşaq anası Elle hər gün səhər yuxudan oyanan kimi 45 dəqiqə idman edir. Ciddi pəhriz saxlayan model həm də sörfinqlə məşğul olur. Makferson spirtli içki içmir, siqaret çəkmir.

Orqanik qidalar yeyən Elle gündə 3 litr su içir və vitaminlər qəbul edir.

Elle fitneslə, üzgüçülüklə və yoqayla da məşğuldur. Məşhur xanım getdiyi hər yerdə idman ayaqqabılarını da özü ilə götürür. O, ciddi pəhrizdənsə, idmana və sağlam qidalanmaya üstünlük verdiyini deyib.