Nadir Qafarzadə mətbuat konfransında rəqs etdi

Nadir Qafarzadə mətbuat konfransında rəqs etdi
1605 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə sentyabrın 13-də baş tutacağı konserti ilə bağlı mətbuat konfransı keçirib.

Axşam.az-ın məlumatına görə, media nümayəndələrinə canlı ifasını nümayiş etdirən sənətçi planlarından danışıb.

O, təşkilatçı Nahid Emiloğluya təşəkkür edərək, onun bu addımını yüksək qiymətləndirdiyini deyib. Nadir bu cür solo konsertlərin müğənnilərin özünəgüvənini artırdığını vurğulayıb.

İfaçı onunla birlikdə səhnəyə duet ortağı Ayan Babakişiyevanın və rəqqasə Fatimənin də çıxacağını deyib:

“Fatimə səhnədə mənim “Maral” mahnım üçün hazırladığı rəqsi nümayiş etdirəcək. Ayanla birlikdə “Sənin üçün” duetini oxuyacağıq”.

Nadir konsert zamanı maraqlı rəqslər də nümayiş etdirəcək. Tədbir zamanı konsertə necə hazırlaşdığını nümayiş etdirən sənətçi rəqsləri ilə diqqət çəkib.

Qeyd edək ki, Nadir Qafarzadənin konserti "Yaşıl Teatr"da keçiriləcək.

Foto: Rəşad Abbasov