Günay Musayeva Moskvaya niyə gedib?

Günay Musayeva Moskvaya niyə gedib?
2230 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Tolqa Karellə ailə həyatı quran model Günay Musayeva Moskvada seriala çəkilir.

Axşam.az-ın məlumatına görə, bu haqda məlumatı modelin həyat yoldaşı deyib.

O, yaxın günlərdə Rusiyaya - Günayın yanına gedəcəyini bildirib:

“Biz sosial aləmə qatılmağı çox sevmirik. Evimizin həyətində park var. Oğlumuzla orada vaxt keçiririk. Çox xoşbəxt bir ailəyik. Günay indi Moskvadadır. Orada rus serialına çəkilir. Cahangirlə Türkiyədə tək qalmışıq. Amma bu yaxınlarda mən də həyat yoldaşımın yanına gedəcəm”.

Tolqa yenidən seriallara çəkilməməsinin səbəbinin ailəsi olduğunu deyib:

“Övlad sahibi olmaq gözəl bir duyğudur. Seriallara ara verməyimin səbəbi yaxşı ssenarinin olmamağıdır. Həm də bilirsiniz ki, moda dərgisi çıxarıram. Buna görə Parisdəki moda həftəsinə qatıldım. Başım bu işlərə qarışıb. Digər tərəfdən çəkiliş meydanında uzun vaxt keçirmək çətindir. Çünki ailəmə vaxt ayıra bilmirəm. Amma yaxın günlərdə yeni serialın olacağı gözlənilir”.