Məşhur yarışmanın münsifləri dəyişdi

Məşhur yarışmanın münsifləri dəyişdi
5706 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur "Voice" "("Səs") yarışmasının Rusiyadakı versiyası olan "Qolos" ("Голос") yeni mövsümdə münsifləri dəyişəcək.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, sentyabrın 2-də start götürəcək proqramın 5-ci mövsümündə keçən il də münsiflərdə olan Qriqoriy Leps, Polina Qaqarinanı yenidən izləmək imkanı olacaq.

Eyni zamanda daha əvvəlki mövsümlərdə yer alan Leonid Aqutin və Dima Bilan münsif kürsüsünə qayıdacaqlar.

Qeyd edək ki, keçən il Q.Leps və P.Qaqarinadan əlavə Basta, Aleksandr Qradski də münsif kürsüsündə olub.