“Adımı 90-cı seriyada öyrəndim” - “Kurtlar Vadisi”nin aktyoru + foto

“Adımı 90-cı seriyada öyrəndim” - “Kurtlar Vadisi”nin aktyoru + foto
19615 dəfə oxunub
  • A-
  • A
  • A+

“Kurtlar Vadisi” serialında “Kılıç” obrazını canlandırmış məşhur aktyor Atilla Olqaç maraqlı açıqlamalar verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor serialda “Kılıç” obrazının əsl adının “Ali” olduğunu 90-cı seriyada öyrəndiyini deyib:

“Həmin seriyaya qədər mənə heç nə deməmişdilər. Həyat yoldaşım varmı, yoxmu? Mən kiməm? Bu sualların cavabını bilmədən “Kılıç” olaraq 90-cı seriyaya qədər oynadım”.

Uzun müddətdir ekranlarda görünməyən 72 yaşlı aktyor hər rolu oynamağa hazır olduğunu da söyləyib:

“Uzun müddətdir görünməməyimin səbəbi gələn təklifləri diqqətlə analiz etməyimdir. Daha keyfiyyətli, daha gözəl və hər kəsə xitab edən serial olmasını istəyirəm”.